14/12/2017 21:14

Valyuta USD EUR RUB TRY
Kurs 1.7001 2.0116 0.0290 0.4459


Havadasan

Bazar gününə gözlənilən hava şəraiti


23.09.2017   13:23


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Sentyabrın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-22, gündüz 27-31, Bakıda gecə 19-21, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 35-40 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Sentyabrın 24-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 15-20, gündüz 27-32, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.  




Xəbər lenti

14 Dekabr











ASAN Radio telefonunuzda
Facebook