USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Altı yaşlı azərbaycanlı “Rossiya 1” telekanalının tamaşaçılarını heyrətləndirib - VİDEO

“Rossiya 1” telekanalında yayımlanan “İnanılmaz insanlar” layihəsi birinci mövsümdə qazandığı uğurdan sonra beynəlxalq səviyyəyə yüksəlib. Əgər ilk mövsümdə layihə Rusiya və MDB məkanından olan iştirakçıları əhatə edibsə, bundan sonra dünyanın müxtəlif ölkələrindən hər yaş kateqoriyasından nadir bacarığa malik insanlar bu proqrama qatılacaq.

ASAN Radio xəbər verir ki, layihənin qəhrəmanlarından biri Azərbaycanın Qusar şəhərindən olan altı yaşlı Ruslan Səfərov proqramın münsiflər heyətini və tamaşaçıları riyazi bilikləri ilə heyran qoyub. R.Səfərov özünü “kalkulyator-adam” adlandırır və gələcəkdə proqramçı olmaq istəyir. Atası Fuad Səfərov oğlunun görkəmli riyaziyyatçı olmasını istəyir.

Verilişdə R.Səfərov heç bir səhvə yol vermədən münsiflərin ona tapşırdığı bütün məsələləri həll edib.

“İnanılmaz insanlar” proqramının münsiflər heyətinə aparıcı Olqa Şelest, rəqqas Yevqeni Papunaişvili, boksçu Natalya Roqozina və professor Vasili Klyuçarev daxildir. Azərbaycanlı oğlanın istedadına heyran qalmış münsiflər heyəti ona teleskop hədiyyə edib.

Qeyd edək ki, proqramın hər buraxılışına 7 iştirakçı qatılır. Zalda əyləşən tamaşaçılar sonda səsvermə yolu ilə onları ən çox heyran etmiş bir iştirakçını qalib seçirlər. Verilişin son buraxılışında isə öncəki proqramın qalibləri əsas hədiyyə - 1 milyon rubl uğrunda mübarizə aparırlar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!