USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Zaur Gilalov haqqında film: “Baharda solan ömür”

Ümumdünya Dağ yəhudiləri konqresinin yaradıcısı və ilk prezidenti Zaur Gilalovun xatirəsinə ithaf olunmuş sənədli film üzərində işlər artıq yekunlaşıb. Filmdə ilk növbədə Azərbaycanda multikulturalizmin və tolerantlığın bariz nümunələrindən biri sayılan Qubanın “Qırmızı qəsəbə”sindən, onun tarixi, insanları və onların əsrlərlə qoruyub inkişaf etdirdikləri adət-ənənələrindən bəhs olunur. 

Qurşumovlar həmin qəsəbənin parlaq nəsillərindən biri olub. Bu nəslin görkəmli nümayəndəsi Tahir Qurşumovun böyük oğlu Zaur Gilalov dağ yəhudilərinin dünyada tanıdılmasında müstəsna xidmətlər göstərib. Zaurun məktəb və gənclik illərinin dostları, onun atası və babasını tanıyan şəxslər, Zaur Gilalovun Ümumdünya Dağ yəhudiləri konqresini yaratmaq istiqamətində gördüyü işlər, onun planları haqqında xatirələrini bölüşürlər. 

Dağ yəhudiliyinə konseptual yanaşmanın banisi sayılan Zaur Gilalov 5 mart 2004-cü il tarixində qətlə yetirilib. Onun cəmi 29 yaşı var idi. Oktyabrın 1-də isə o, 30 yaşını qeyd edəcəkdi. Sənədli film “Baharda solan ömür” adlanır. Coğrafiyası Azərbaycan, Rusiya və İsraili əhatə edir. 

Qeyd edək ki, bu layihənin reallaşmasında Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, İsrailin Yoknem şəhərinin vitse-meri Roman Peres, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail nümayəndəliyinin rəhbəri Arye Qut təşkilati və mənəvi dəstək göstəriblər.  

“Baharda solan ömür” filminin layihə rəhbəri və ideya müəllifi Emin Musavidir.

Layihənin informasiya tərəfdaşı ASAN Radiodur. 

“Baharda solan ömür” filmini yaxın günlərdə yerli telekanallarda və “Youtube” kanalında izləmək mümkün olacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!