USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İndoneziya Prezidentinin xüsusi elçisi Masallı “ASAN xidmət” kompleksində

İndoneziya Prezidentinin Yaxın Şərq və İslam Əməkdaşlıq Təşkilatı ölkələri üzrə xüsusi elçisi Alvi Şihabın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində sentyabrın 26-da Masallı şəhərindəki “ASAN həyat” kompleksində olub.

ASAN Radio xəbər verir ki, səfərin məqsədi dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycan brendi olan “ASAN xidmət”in təcrübəsini öyrənmək və bu təcrübəni İndoneziyada tətbiq etmək məqsədi ilə qarşılıqlı əməkdaşlığı genişləndirməkdir.

Nümayəndə heyəti səfər çərçivəsində Masallı şəhərindəki “ASAN həyat” kompleksinin ərazisində fəaliyyət göstərən “ABAD mərkəz”, “Brend dükanı”, “ASAN İntellektual Mərkəzi” və “ASAN mərkəz”lə yaxından tanış olub.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev “ASAN xidmət” mərkəzlərinin yaradılmasının məqsədi və fəaliyyət istiqamətləri barədə qonaqlara məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 17 milyondan çox vətəndaş müraciətinin qeydə alındığı “ASAN xidmət” 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına layiq görülüb.

Masallıdakı “ASAN həyat” kompleksində yaradılan şərait və iş prinsipləri ilə tanış olan indoneziyalı qonaqlar burada çalışanlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!