18/10/2017 07:38

Valyuta USD EUR RUB TRY
Kurs 1.7003 2.0028 0.0297 0.4659


Mədəniyyət

11-ci Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb Sərgisi


26.09.2017   19:13


28-30 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində ölkədə kosmetika sənayesinin aparıcı tədbiri sayılan 11-ci Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb “Beauty Azerbaijan 2017”  sərgisi keçiriləcək. “Beauty Azerbaijan” sərgisi bu sahənin mütəxəssislərini, kosmetik vasitələrin istehsalçılarını və distribütorlarını öz meydançasında bir araya gətirir.

ASAN Radio xəbər verir ki, sərgi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində Iteca Caspian  və onun Böyük Britaniyalı tərəfdaşı olan “ITE Group” şirkətləri çıxış edirlər. 

Bu il sərgidə Azərbaycan, ABŞ, İtaliya, Koreya, Rusiya, Türkiyə, Çex Respublikası və digər ölkələri təmsil edən şirkətlər iştirak edəcəklər. “Beauty Azerbaijan 2017”  sərgisində peşəkar kosmetika, gözəllik salonları üçün avadanlıqların geniş çeşidi, kosmetoloji aparatlar, dolğu (filler), mezopreparatlar və digər məhsullar təqdim ediləcək.  

Təşkilatçılar tərəfindən sərginin işgüzar proqramı çərçivəsində istehsalçı və distribütor arasında ikitərəfli görüşlər keçiriləcəkdir.

“Beauty Azerbaijan 2017”  sərgisi paralel olaraq  23-cü Azərbaycan Beynəlxalq Səhiyyə “BIHE 2017” sərgisi ilə keçiriləcək.

Şirkətlər öz stendlərində ustad dərsləri (master class) keçirəcəklər. Bütün məlumat sərginin veb-saytında www.beauty.iteca.az yerləşdirilib.

ASAN Radio sərgilərin media tərəfdaşıdır. 

 




Xəbər lenti

18 Oktyabr
17 Oktyabr











ASAN Radio telefonunuzda
Facebook