USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan Prezidenti: “Dünyada təhdidlər artır"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zası qəbul edib. ASAN Radio xəbər verir ki, dövlət başçısı Azərbaycan ilə Belarus arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə - təhlükəsizlik, iqtisadiyyat, energetika, ticarət, hərbi-texniki əməkdaşlıq və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.

Yüksək səviyyəli qarşılıqlı səfərlərin, ölkələrimizin həyata keçirdiyi xeyli sayda birgə layihələrin ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsi baxımından önəmini qeyd edən Prezident İlham Əliyev Azərbaycanın əlaqələrimizin daha da genişləndirilməsində maraqlı olduğunu deyib, eyni zamanda, Azərbaycan ilə Belarusun beynəlxalq təşkilatlarda da bir-birini dəstəklədiyini vurğulayıb.

Təhlükəsizlik sahəsinə toxunan Prezident İlham Əliyev qeyd edib ki, bununla bağlı müzakirə olunası və birgə fəaliyyət göstəriləsi bir çox məsələlər var. Dövlət başçısı bildirib ki, dünyada təhdidlər artır və təhlükəsizlik məsələləri dövlətlər üçün prioritet sahəyə çevrilir. Prezident İlham Əliyev bu istiqamətdə də ölkələrimiz arasında yaxşı təmasların mövcud olduğunu və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd edib.

Dövlət katibi Stanislav Zas isə bildirib ki, Belarus tərəfi Azərbaycan Prezidentinin ölkələrimiz və xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsi işinə göstərdiyi diqqəti yüksək qiymətləndirir və Belarus prezidenti bununla bağlı öz minnətdarlığını çatdırır. S. Zas ikitərəfli münasibətlərimizin bütün sahələrdə uğurla inkişaf etdiyini deyib. O, görülən işlərin nəticəsi olaraq Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsinin 10 faiz artdığını vurğulayıb. Belaruslu qonaq qeyd edib ki, ölkəsində Azərbaycan Prezidentinin səfərini səbirsizliklə gözləyirlər.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!