USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakıda Bülbülün xatirə günü keçirilib - Foto-Audioreportaj

Fəxri Xiyabanda Azərbaycan vokal sənətinin banisi, SSRİ xalq artisti Bülbülün xatirə günü keçirilib. Anım günündə dahi sənətkarın oğlu, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Baş nazirin müavini Elçin Əfəndiyev, Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev, ziyalılar, dövlət, mədəniyyət və ədəbiyyat nümayəndələri iştirak ediblər. Xatirə günündə Bülbülün sənət yoluna nəzər salınıb, Azərbaycanın vokal sənətinə bəxş etdiyi töhfələrdən söz açılıb.

Dahi sənətkarın oğlu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ASAN Radioya eksklüziv müsahibəsində ötən günləri xatırlayıb.

"Bülbül bütün əsrlərin sənətkarıdır." Bu fikri isə Baş nazirin müavini Elçin Əfəndiyev ASAN Radioya eksklüziv müsahibəsində bildirib.

Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi bir musiqiçi kimi yetişməyində Bülbülün sənətinin rolundan söz açıb.

Bir çox Xalq artistləri artıq ənənə kimi hər il Fəxri xiyabanda Bülbülü anırlar. Xalq artistləri Səkinə ismayılova, Mələkxanım Əyyubova, Faiq Ağayev radiomuza müsahibə veriblər. Şuşaya qayıtmaq arzusunu, Bülbülün o zaman ruhunun şad olacağını dilə gətiriblər.

Polad Bülbüloğlunun da arzusu var: "O gün olsun ki, Bülbülün, Üzeyir bəyin, xan qızı Natəvanın güllələnmiş abidələri Şuşada bərpa edilsin."

-Bəs həmin gün nə qədər yaxındı və biz nə vaxt Qarabağa qayıdırıq? - sualına o, cavab verməyə çətin çəkib.

Bu gün Bülbülün Şuşada yaşadığı evi erməni işğalındadır. Bir neçə il öncə Polad Bülbüloğlu öz dogma evinə qonaq kimi getmişdi. Ən böyük arzusu isə odur ki, Şuşaya ürəyi istədiyi vaxt  gedə bilsin. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!