USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Kukla teatrında balacalar üçün “Sehrli dünya” tamaşası

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı  balaca balalarımızın, xüsusi qayğıya ehtiyacı olan uşaqların  cəmiyyətə inteqrasiyası yolundakı uğurlu missiyasını davam etdirməkdədir. 

Teatrın mətbuat xidmətindən ASAN Radioya xəbər edilib ki, bu çərçivədə növbəti aksiya sentyabrın 28-də baş tutacaq. Belə ki, teatrda “İnternyus Azərbaycan” İctimai Birliyi ilə birgə “Sehrli dünya” adlı tamaşa-konsert təqdim olunacaq. Tədbir Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT İnkişaf Proqramının dəstəyilə həyata keçirilən “Həssas əhali qruplarının sosial-iqtisadi hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində reallaşacaq. Aksiyanın əsas  məqsədi fiziki məhdudiyyətli uşaqların  istedad və bacarıqlarını üzə çıxarmaqla onlara özlərini realizə imkanı yaratmaqdır. 

Teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının balaca istedadlarının xüsusi qayğıya ehtiyacı olan balalarımızla birgə ərsəyə gətirdikləri  “Sehrli dünya”  adlı tamaşa-konsertin ssenari müəllifi studiyanın uşaq qrupunun rəhbəri Səidə Haqverdiyeva, rejissoru Cəmilə Allahverdiyevadır. 

Uşaqlara bütün məhdudiyyətlərə rəğmən  öz gücünə,  istedad və bacarığına inam aşılayan, birlikdə hər bir maneəni dəf etmək ruhuna kökləyən tamaşanın ardınca rəngarəng konsert proqramı da təqdim olunacaq. 

Qeyd edək ki, tamaşanın hazırlanmasında Böyük Britaniyanın Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının üzvü  istedadlı uşaqlar  da yaxından iştirak ediblər. Müəyyən məhdudiyyətli bu balacalar “Oyuq”un təmsilçiləri ilə birlikdə  hər kəsə “Biz birlikdə hər  çətinliyə qalib gələrik” çağırışını edəcəklər. 

Sonda tamaşa-konsertdə iştirak edən balacalara “Sinema Park” kinoteatrlar şəbəkəsi tərəfindən biletlər hədiyyə olunacaq.  

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!