18/10/2017 07:33

Valyuta USD EUR RUB TRY
Kurs 1.7003 2.0028 0.0297 0.4659


İdmandasan

600 nəfər də olsaydı...


28.09.2017   11:51


Çempionlar Liqasının II turunun “Qarabağ” – “Roma” qarşılaşması iki rekord vurub. ASAN Radio Apasport.az saytına istinadən xəbər verir ki,  Bakı Olimpiya Stadionundakı görüşdə 67 min 200 tamaşaçı qeydə alınıb.

Bu isə o deməkdi ki, 67 min 800 tamaşaçı tutumuna malik arenada anşlaqın yaşanması üçün cəmi 600 nəfər çatmayıb.

Amma bu göstərici birdən-birə iki rekordla nəticələnib. Belə ki, “Qarabağ” – “Roma” matçı Azərbaycan futbolu tarixində ən çox tamaşaçı toplayan görüş olub.

Bu matç AVRO-2016-nın seçmə mərhələsinin Azərbaycan – İtaliya görüşünü kölgədə qoyub. 2 il öncə - 2015-ci il oktyabrın 10-da keçirilən matçda 48 min seyrçi qeydə alınmışdı.

“Qarabağ” – “Roma” görüşü həm də Çempionlar Liqasının II turunun ən çox izlənən matçı olub. Bakı Olimpiya Stadionundakı oyun ilk günün “Borussiya” – “Real” matçını arxada qoyub. Dortmundda 65 min 849 tamaşaçı olmuşdu.




Xəbər lenti

18 Oktyabr
17 Oktyabr











ASAN Radio telefonunuzda
Facebook