USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Prezident Ukraynanın xarici işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Ukraynanın xarici işlər naziri Pavlo Klimkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

ASAN Radio xəbər verir ki, dövlət başçısı ölkələrimiz arasında münasibətlərin səviyyəsindən məmnunluğunu ifadə etdi, Ukraynanın Prezidenti Petro Poroşenkonun Azərbaycana səfərinin bu münasibətlərin möhkəmləndirilməsi işində mühüm rol oynadığını vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, bu səfər ölkələrimizin müvafiq strukturları arasında əlaqələrin, xüsusilə iqtisadi-ticarət, investisiya sahələrində əməkdaşlıq imkanlarının genişləndirilməsi işinə təkan verdi. Dövlətimizin başçısı bildirdi ki, əsas məsələlərdən biri iki ölkənin imkanlarından istifadə edərək ticarət dövriyyəsinin artırılmasından, ixrac-idxal əməliyyatlarının genişləndirilməsindən və mümkün investisiya layihələrinin müəyyənləşdirilməsindən ibarətdir.

Ölkələrimiz arasında dostluq münasibətlərinin mövcud olduğunu bildirən Prezident İlham Əliyev beynəlxalq strukturlarda da fəal əməkdaşlığın həyata keçirildiyini dedi.

Dövlətimizin başçısı nəqliyyat sahəsində də əməkdaşlığın önəmini qeyd edərək, bu gün Ukraynadan Asiyaya göndərilən yüklərin bir hissəsinin Azərbaycandan keçdiyini vurğuladı və dəmir yolu strukturları arasında beynəlxalq formatda fəal əməkdaşlığın aparıldığını dedi.

Ukraynanın xarici işlər naziri Pavlo Klimkin Prezident Petro Poroşenkonun salamlarını və xoş arzularını Azərbaycan Prezidentinə çatdırdı. İqtisadi əməkdaşlığa toxunan Pavlo Klimkin son yarım ildə ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artığını vurğuladı. Ukraynanın xarici işlər naziri yüksək səviyyədə keçirilən görüşlərin əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyətini qeyd etdi. O, Azərbaycan Prezidentinin Ukraynaya səfərinin ölkəsində səbirsizliklə gözlənildiyini bildirdi.

Dövlətimizin başçısı Ukrayna Prezidenti Petro Poroşenkonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Ukrayna Prezidentinə çatdırmağı xahiş etdi.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!