USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Baş nazir Artur Rasi-zadə Ukraynanın xarici işlər naziri ilə görüşüb

Oktyabrın 3-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ölkəmizdə səfərdə olan Ukraynanın xarici işlər naziri Pavlo Klimkinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Ukrayna arasında tarixən dostluq əlaqələrinin mövcudluğunu xatırladan Baş nazir Artur Rasi-zadə, müasir dövrdə bu münasibətlərin daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsində davam etdiyini bildirib. Ötən dövr ərzində əldə edilən müsbət nəticələrin gələcək inkişafımız üçün möhkəm əsaslar yaratdığını deyən Baş nazir iqtisadiyyatın bir çox sahələri üzrə, xüsusən, sənaye, energetika, nəqliyyat, loqistika, kənd təsərrüfatı, investisiya, turizm, infrastruktur və digər istiqamətlərdə iş adamlarının qarşılıqlı faydalı əməkdaşlığına geniş imkanlar açıldığını diqqətə çatdırıb.

Beynəlxalq tədbirlərdə ölkələrimizin eyni mövqedən çıxış edərək bir-birinin haqq işini daim dəstəklədiyini məmnunluqla xatırladan Artur Rasi-zadə qonaqların diqqətini respublikamızın qarşısında duran ən ağır problem kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldib və təcavüzkar Ermənistan rəhbərliyinin separatizmi dəstəkləyən işğalçılıq siyasətinin ümumən region üçün ağır nəticələr verdiyini vurğulayıb.

Ukraynanın xarici işlər naziri Pavlo Klimkin ölkəsinin Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini, bundan sonra da əməkdaşlığımızın daha da möhkəmləndirilməsinin zəruriliyini qeyd edib. Regional müstəvidə mövcud problemlər barədə danışan Pavlo Klimkin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə tərəfdar olduqlarını bir daha bəyan edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!