USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Ağdamda ermənilərin yaraladığı iki şəxsin vəziyyəti pisləşib

Aprelin 27-dən 28-nə keçən gecə erməni silahlı birləşmələrinin Ağdam rayonunu ağır artilleriyalardan atəşə tutması nəticəsində ağır yaralandığı üçün əməliyyat olunan iki mülkü şəxsin vəziyyəti pisləşib. Bu barədə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.

İcra başçısı bildirib ki, yaralılardan biri, rayonun Çəmənli kənd sakini Hüseynov Əli Müseyib oğlu Müdafiə Nazirliyinin Ağdam rayonunun Sarıcalı kəndindəki hərbi hospitalında əməliyyat edilsə də, bir neçə saatdan sonra komaya düşüb. Hazırda Ə.Hüseynov hospitalın reanimasiya şöbəsində saxlanılır.

Digər yaralı, Əfətli kənd sakini, Ağdam rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunan Məmmədov Elnur Polu oğlunun vəziyyəti də ağırlaşıb: "Səhər əməliyyatdan sonra Elnurun vəziyyəti qismən normal idi. Artıq bir saatdır ki, onun da vəziyyəti pisləşib. Həkimlər yaralının həyatını qurtarmaq üçün səy göstərir".

R.Məmmədov deyib ki, hadisə nəticəsində xəsarət alan digər 6 kənd sakininin vəziyyəti isə orta-ağır qiymətləndirilsə də, həkimlər onların həyati təhlükəsi olmadığını bildirir.

Xatırladaq ki, ermənilərin Ağdam rayonunu ağır artilleriyalardan atəşə tutması nəticəsində rayonun Çəmənli kənd sakini, 1966-cı il təvəllüdlü Mustafayev Famil Əli oğlu həlak olub.

Hadisə nəticəsində Çəmənli kənd sakinləri Abdullayev Anar Nizami oğlu, Rəhimov Zahid Vəliş oğlu, Hüseynov Əli Müseyib oğlu, Kərimov Sirdaş Şükür oğlu, Məmmədov Adil Musdu oğlu, Əfətli kənd sakini Məmmədov Elnur Polu oğlu, Qaradağlı kənd sakini Qarayev Elgiz Elbrus oğlu, Zəngişalı kənd sakini İmanov Məhəmmədəli Soltan oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!