USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
"Muzeylər, kolleksiyalar və sənaye irsi” adlı beynəlxalq konfrans keçirilib

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində Arxeologiya və Tarix Kolleksiyalarının və Muzeylərinin Beynəlxalq Komitəsinin “Muzeylər, kolleksiyalar və sənaye irsi” adlı illik beynəlxalq konfransı keçirilib.

Arxeologiya və Tarix Kolleksiyalarının və Muzeylərinin Beynəlxalq Komitəsi, Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə baş tutan konfransda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov bildirib ki, bu tədbirin təşkili üçün artıq keçən ildən etibarən böyük işlər görülüb.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Beynəlxalq Muzeylər Şurasının qədim komitələrindən birinin illik konfransının ölkəmizdə keçirilməsinin əlamətdar hadisə olduğunu qeyd edib.

Bildirilib ki, üç gün davam edəcək konfransın akademik sessiyalarında dörd mövzu üzrə məruzələr dinləniləcək.

Konfransın birinci günü müzakirələrlə davam edib.

Qeyd edək ki, konfransda Türkiyə, Gürcüstan kimi region ölkələri ilə yanaşı Fransa, Belçika, Serbiya, Paraqvay, Yaponiya, Panama, Seneqal kimi dünyanın müxtəlif müzeylərindən gələn nümayəndələr və muzey peşəkarları məruzələrlə çıxış edəcəklər.

Səs yazısı:

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!