18/12/2017 08:52

Valyuta USD EUR RUB TRY
Kurs 1.7001 2.0032 0.0289 0.4379


İdmandasan

Azarkeşlərə Bakı Olimpiya Stadionuna avtomobillə gəlməyə icazə verildi - Audio


04.10.2017   13:48


Azarkeşlərə Bakı Olimpiya Stadionuna avtomobillə gəlməyə icazə verilib.

AFFA-nın mətbuat katibi Mikayıl Nərimanoğlu ASAN Radioya məlumat verib ki, DÇ-2018-in seçmə qrup mərhələsi çərçivəsində oktyabrın 5-i saat 20.00-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Çexiya oyununa azarkeşlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə stadionun ərazisində yerləşən avtomobil parkından istifadəyə şərait yaradılacaq.

Belə ki, qarşılaşmanı izləmək üçün stadiona şəxsi nəqliyyat vasitəsi ilə gələcək azarkeşlər avtomobillər üçün nəzərdə tutulmuş dayanacaqdan istifadə edə biləcəklər.

Qeyd edək ki, bundan əvvəl, sentyabrın 27-də "Qarabağ" - "Roma" oyunu zamanı azarkeşlərin şəxsi avtomobillə Bakı Olimpiya Stadionuna gəlməsinə icazə verilməmişdi.

Səs yazısı:




Xəbər lenti

18 Dekabr
16 Dekabr
15 Dekabr











ASAN Radio telefonunuzda
Facebook