Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
ASAN Radionun məlumatına görə, “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumo ilk dəfə Bakıda olduğunu, paytaxtımızın gözəlliyinin onda dərin təəssürat yaratdığını məmnunluqla qeyd edib.
A. Profumo bu ilin mayında “Leonardo” şirkətinin baş icraçı direktoru təyin olunduğunu və ilk xarici səfərini Azərbaycana etdiyini vurğulayaraq ölkəmizin İtaliya üçün və eləcə də təmsil etdiyi şirkət üçün böyük əhəmiyyət daşıdığını deyib. A. Profumo “Leonardo” şirkətinin çoxşaxəli fəaliyyət göstərdiyini qeyd edərək ölkəmizdə keçirəcəyi görüşlər barədə dövlət başçısına məlumat verib.
Prezident İlham Əliyev Alessandro Profumonu “Leonardo” şirkətinin baş icraçı direktoru təyin olunması münasibətilə təbrik edib. Dövlət başçısı bu ilin əvvəlində “Leonardo” şirkətinin keçmiş baş icraçı direktoru Mauro Moretti ilə görüşünü xatırlayaraq Alessandro Profumonun ilk xarici səfərini Azərbaycana etməsini ölkəmizə olan marağın yaxşı göstəricisi kimi dəyərləndirib. Azərbaycan ilə İtaliya arasında əlaqələrə toxunan prezident İlham Əliyev ikitərəfli əməkdaşlığımızın gündəliyinin çox geniş olduğunu, ölkələrimizin bir çox istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, sənaye, ticarət sahələrində uğurlu əməkdaşlıq etdiklərini bildirib.
Görüş zamanı “Leonardo” şirkəti ilə ölkəmizin bir çox strukturları, o cümlədən Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, SOCAR, Silkway şirkəti arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, kibertəhlükəsizlik sahəsində perspektivlər müzakirə edilib və əməkdaşlığımızın yaxşı potensiala malik olduğu bildirilib.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!