2018-ci ildə Bakıda boks üzrə çempion yarışı keçiriləcək. Trend-in məlumatına görə, bunu Dünya Boks Şurasının prezidenti Mourisio Suleyman bu gün keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, Azərbaycan Dünya Boks Şurasının 55-ci konvensiyasının Bakıda keçirilməsi üçün bütün lazım olan şəraiti yaradıb.
M.Suleyman vurğulayıb ki, Azərbaycanda idmanın inkişafına böyük diqqət yetirilir.
O bildirib ki, Azərbaycan boksçuları dünyada tanınır və uğurlu nəticələr əldə edirlər. M.Suleyman həmçinin əlavə edib ki, Azərbaycanda Peşəkar Boks Federasiyasının yaradılması istiqamətində iş aparılır: “Biz Azərbaycana Peşəkar Boks Federasiyasının yaradılması ilə bağlı bütün lazım olan dəstəyi göstərməyə hazırıq”.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!