USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
S.Müslümov: “Azərbaycanda  gender bərabərliyinin təmin olunması yönündə fəal dövlət siyasəti aparılır”

11 oktyabr - Beynəlxalq Qızlar Günü ilə əlaqədar xoşbəxt ata və qızların obrazını nümayiş etdirən, qız övladlarına doğma və mehriban münasibəti, onların dəyərini təbliğ edən fotosərgi (Bakı şəhəri, Park Bulvar Mərkəzi) öz işinə başlayıb. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən ASAN Radioya bildirilib ki, doğulanlar arasında cins nisbətinin aradan qaldırılması üçün maarifləndirmə məqsədi daşıyan tədbirin açılışında Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, gənclər və idman nazirinin müavini İntiqam Babayev,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri, Aİ-nin Azərbaycandakı səfiri Kestutis Yankauskas, BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin baş müşaviri Fərid Babayev və b. iştirak ediblər. Tədbiri giriş sözü ilə açan F.Babayev doğulanlar arasında cins nisbətinin aradan qaldırılması üçün maarifləndirmə tədbirlərinin, o cümlədən hazırda keçirlən tədbirin əhəmiyyətindən bəhs edib, bu sahədə BMT-nin Əhali Fondunun dəstəyini davam etdirəcəyini qeyd edib.

S.Müslümov çıxış edərək Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizin sosial-iqtisadi inkişafına yönələn siyasətinin  uğurlarından biri kimi,  respublikada müsbət demoqrafik vəziyyətin və əhalinin sabit artım tempinin mövcud olduğunu diqqətə çatdırıb. 

Nazir bildirib ki, bununla belə, Azərbaycanda doğulanların cins strukturunda oğlan uşaqlarının qız uşaqlarına nisbətən nəzərəçarpan artımı, cins nisbətinin pozulması  müşahidə edilir. Müəyyən olunub ki, bu, din faktoru ilə bağlı deyil: “Doğulanlar arasında cins nisbətinin pozulması  gələcəkdə davamlı demoqrafik inkişafa mənfi təsir göstərə bilər. Cins nisbətinin pozulmasının aradan qaldırılmasında ilk növbədə ictimai maarifləndirmə xüsusi önəm kəsb edir. Ona görə də Avropa İttifaqının və Niderland Krallığının Azərbaycandakı səfirliyinin dəstəyi ilə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT Əhali Fondu tərəfindən birgə  icra edilən iki layihə çərçivəsində Bakıda və ölkəmizin regionlarında cins nisbətinin pozulmasının aradan qaldırılmasına yönələn müxtəlif formalarda kütləvi maarifləndirmə işləri aparılır. Eləcə də müvafiq mövzuda ümumi məlumat xarakterli bukletlər, infoqrafika hazırlanıb, 20 rayonda bilbordlar yerləşdirilib. Həmçinin qeyd olunan layihələr çərçivəsində Beynəlxalq Qızlar Günü ilə əlaqədar həmin mövzuya dair maarifləndirmə tədbirlərinin təşkili də nəzərdə tutulub. Hazırkı fotosərgi də belə tədbirlərdən biridir”. 

S.Müslümov aparılan kütləvi maarifləndirmə işlərinin müsbət nəticəsi olaraq doğulan qız və oğlan uşaqları arasında say fərqinin tədricən azalmaqda olduğunu da qeyd edib: “Hazırda Azərbaycanda  gender bərabərliyinin təmin olunması yönündə fəal dövlət siyasəti aparılır. Bütün sahələrdə olduğu kimi, əmək bazarında da qadınların rolu getdikcə artır və onlar onlar öz əməyi ilə respublikamızın sosial-iqtisadi, ictimai-mədəni inkişafına öz dəyərli töhfələrini verirlər. Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminin məlumatına əsasən, qadınlar daha çox təhsil, səhiyyə, incəsənət və turizm, sosial xidmət sahələrində çalışırlar”.

Nazir bildirib ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası əsas götürülməklə yeni “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində  Dövlət Proqramı”nın layihəsi hazırlanır: “Həmin layihədə respublikamlızın uzunmüddətli inkişaf strategiyasına uyğun olaraq, əhalinin kəmiyyət və keyfiyyət artımını təmin etmək üçün hərtərəfli şəraitin yaradılmasına yönələn tədbirlər nəzərdə tutulub. Həmçinin doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılması məsələlərinə də xüsusi yer ayrılıb”. 

S.Müslümov bildirib ki, doğulanlar arasında cins nisbətinin aradan qaldırılmasına yönələn Fəaliyyət Planının hazırlanması da diqqətdə saxlanır: “Fəaliyyət Planının hazırlanması ilə bağlı beynəlxalq ekspert artıq müəyyən olunub və artıq cari ilin sonuna qədər həmin Planın ilkin layihəsinin hazırlanaraq təqdim olunması nəzərdə tutulur”.

Daha sonra K.Yankauskas, İ.Babayev, A.Sofiyeva çıxış edərək bu kimi tədbirlərin önəmini diqqətə çatdırıblar.

BMT Baş Assambleyasının qərarı ilə 11 oktyabr -Beynəlxalq Qızlar Gününün təsis olunması qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına diqqətin artırılması məqsədinə xidmət edir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!