USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan millisi Almaniya yığması ilə qarşılaşıb

Futbol üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində çıxışını başa vurub.

ASAN Radio xəbər verir ki, seçmə mərhələ çərçivəsində millimiz sonuncu oyununu oktyabrın 8-də Kayzerslautern şəhərindəki Frits Valter stadionunda Almaniya yığmasına qarşı keçirib.

Latviyalı baş hakim Andris Treymanisin idarə etdiyi oyununun 9-cu dəqiqəsində Almaniya millisinin üzvü Leon Qoretzka hesabı açıb. Görüşün 34-cü dəqiqəsində millimizin futbolçusu Ramil Şeydayev hesabı bərabərləşdirib. Komandaların cəhdlərinə baxmayaraq ilk hissə 1:1 hesabı ilə yekunlaşıb.

İkinci hissəyə Almaniya millisi daha fəal başlayıb. Belə ki, matçın 55-ci dəqiqəsində Sandro Vaqner, 64-cü dəqiqəsində isə Antonio Rüdiger fərqləniblər. Görüşün 66-cı dəqiqəsində Leon Qoretzka dublunu rəsmiləşdirib. Matçın 81-ci dəqiqəsində Almaniya millisi hesab arasındakı fərqi artırıb. Emre Can millimizin qapısına yol tapıb və bu, oyunda vurulan sonuncu qol olub.

Beləliklə, görüş 5:1 hesabı ilə Almaniya millisinin xeyrinə başa çatıb.

Yığmamızın yer aldığı “C” qrupunun digər oyunlarına gəlincə Çexiya San-Marinoya 5:0, Norveç isə Şimali İrlandiyaya 1:0 hesabı ilə qalib gəlib.

Hesabında 30 xal olan Almaniya millisi qrup birincisi kimi dünya çempionatının final mərhələsinə vəsiqəni ötən tur təmin edib. Şimali İrlandiya yığması 19 xalla ikinci, Çexiya 15 xalla üçüncü, Norveç isə 13 xalla dördüncü, Azərbaycan millisi isə 10 xalla beşinci pillədə qərarlaşıb. Hesabında xal olamayan San-Marino yığması isə sonuncudur.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!