USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycanda “Beynəlxalq İKT Qızlar Günü” qeyd edilib

“Azərbaycan Qadınlarının İKT Klubu - “FEMMES DIGITALES” ənənəvi olaraq Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təsis edilən İKT-də “Qızlar Beynəlxalq Günü”nü qeyd edib. Bu münasibətlə bu gün ADA Universitetində “Microsoft Azərbaycan”la birgə “Azərbaycanın Rəqəmsal Qızları: İKT-də parlaq gələcək. Yeni nəsil qadınlar üçün imkanlar” mövzusunda konfrans keçirilib.

Konfransda informasiya texnologiyaları və startaplar sahəsinə cəlb edilmiş qadınlar toplanaraq İKT sahəsində müzakirələr apardılar, şəbəkələşmədən və təcrübə mübadiləsindən danışdılar. Tədbirə təhsil, mədəniyyət, məşğulluq və texnologiyalara dair məsələlərlə məşğul olan dövlət qurumları, səfirliklərin nümayəndələri, yerli İKT şirkətlərinin rəhbərləri, eləcə də bu sahədə çalışan qadın sahibkarlardan ibarət 200-dən artıq iştirakçı qatılıb.

Tədbir zamanı iştirakçılar Azərbaycanda İKT sahəsində uğurlu fəaliyyəti ilə fərqlənən qadınlarla ünsiyyətdə oldular, suallar ünvanladılar.

Tədbirin keçirilməsində məqsəd xanımları ruhlandırmaq, İKT sahəsinin təqdim etdiyi yenilikləri nümayiş etdirmək olub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!