20/10/2017 00:05

Valyuta USD EUR RUB TRY
Kurs 1.7001 2.0000 0.0297 0.4638


Dövlət qurumları

Ucar–Əlikənd mənzilində 9,5 km dəmir yolu əsaslı təmir olunur


09.10.2017   14:21


Azərbaycan dəmir yollarının əsaslı təmir prosesinin növbəti mərhələsi həyata keçirilir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova ASAN Radioya bildirib ki, bu gün isə Ucar–Əlikənd  mənzilində 9,5  km uzunluğunda yolun əsaslı təmirinə start verilib. 

Qeyd edək ki, əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi  həyata keçirir. MMC-nin baş mühəndisi Şamil Cəfərovun  sözlərinə görə, təmir işləri bir həftə davam edəcək. 

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.

Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 360  km dəmir yolu əsaslı təmir olunub. 




Xəbər lenti

18 Oktyabr











ASAN Radio telefonunuzda
Facebook