USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Lyuis Hemilton Yaponiya Qran-Prisinin qalibi olub

“Mercedes” komandasından olan britaniyalı avtoyürüşçü Lyuis Hemilton Formula-1 çempionatında Yaponiya Qran-Prisinin qalibi olub.

ASAN Radio xəbər verir ki, Hemilton “Suzuka” avtodromunda 1 saat 27 dəqiqə 31,194 saniyə nəticə göstərib. Podiumda onu “Red Bull” komandasının hollandiyalı pilotu Maks Ferstappen və öz komanda yoldaşı, avstraliyalı Deniel Rikkyardo “müşayiət ediblər”.

Bu, Hemiltonun cari mövsümdə sayca səkkizinci, bütün karyerasında isə 61-ci qələbəsidir. Britaniyalı pilot son dörd yürüşdən üçündə qalib gəlib, bir yürüşdə isə finiş xəttinə ikinci çatıb. Şəxsi birincilikdə Hemiltonun ən yaxın rəqibi “Ferrari” komandasından Sebastyan Fetteldir. Hemiltona 59 xal uduzan alman pilot Yaponiya Qran-Prisində beşinci dövrədə trasdan çıxıb.

“Formula-1” yarışlarının növbəti mərhələsi ABŞ Qran-Prisidir. Bu yürüşlər oktyabrın 20-dən 22-dək Amerikanın Ostin şəhərində keçiriləcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!