18/12/2017 16:55

Valyuta USD EUR RUB TRY
Kurs 1.7001 2.0032 0.0289 0.4379


Dövlət xidmətləri

Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibinin müavini Jan Xristof Beyard 3 saylı “ASAN xidmət” mərkəzində olub


09.10.2017   18:39


9 oktyabr 2017-ci il tarixində Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibinin siyasi məsələlər üzrə müavini Jan Xristof Beyard 3 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

ASAN Radio bildirir ki, qonağa "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 18 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaq "ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulayıb.




Xəbər lenti

18 Dekabr











ASAN Radio telefonunuzda
Facebook