18/12/2017 16:54

Valyuta USD EUR RUB TRY
Kurs 1.7001 2.0032 0.0289 0.4379


ASAN xəbər

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ombudsman Aparatında olub


10.10.2017   18:50


Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni rəhbəri Kestutis Yankauskas ilə görüşüb.

Ombudsman Aparatından ASAN Radioya bildiriblər ki, görüşdə E.Süleymanova ölkəmizdə Ombudsman təsisatının yaradılması, qurumun mandatı, fəaliyyət istiqamətləri, beynəlxalq qurumlarla, o cümlədən Avropa İttifaqı ilə qurulan sıx əməkdaşlıq əlaqələri, müxtəlif layihələrdə iştirakı barədə ətraflı məlumat verib. Bildirib ki, Almaniya və Polşanın birgə iştirakı ilə həyata keçirilən “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) imkanlarının gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsi 4 komponenti (Ombudsman institutunun İşgəncələrə qarşı mübarizə üzrə Milli Preventiv Mexanizm kimi fəaliyyətinin gücləndirilməsi, idarəetmə informasiya sisteminin, uşaq hüquqlarının, əlilliyi olan şəxslərin hüquqlarının və ahılların hüquqlarının müdafiəsi sahəsində Ombudsmanın fəaliyyətinin təkmilləşdirilməsi, İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikasının müvafiq Qanununun icrasına nəzarət sahəsində Ombudsman İnstitutunun imkanlarının gücləndirilməsi, Ombudsmanın mərkəzi aparatı və regional mərkəzinin əməkdaşları üçün səmərəli idarəetmə üzrə təlimlərin keçirilməsi) əhatə edir. E.Süleymanova, həmçinin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının müvafiq Qanununda nəzərdə tutulmuş tələblərə nəzarətin həyata keçirilməsi ilə bağlı Ombudsman haqqında Konstitusiya Qanununa əlavə və dəyişikliklər edilməsi barədə məlumat verib.

Kestutis Yankauskas məlumat mübadiləsi üçün E.Süleymanovaya minnətdarlığını bildirib, Ombudsman təsisatı ilə əməkdaşlıq əlaqələrinin davam etdirilməsində maraqlı olduğunu deyib.

Görüşdə, həmçinin əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.




Xəbər lenti

18 Dekabr











ASAN Radio telefonunuzda
Facebook