USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Kibercinayətkarlıqla mübarizəyə dair beynəlxalq konfransın iştirakçıları 5 saylı “ASAN xidmət” mərkəzində olublar

Azərbaycan Prokurorluğunun və Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA), həmçinin Avropa İttifaqının və Avropa Şurasının birgə təşkilatçılığı ilə Bakıda keçirilən kibercinayətkarlıqla mübarizəyə dair beynəlxalq konfransın iştirakçıları oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.

ASAN Radio xəbər verir ki, beynəlxalq konfransın iştirakçılarına “ASAN xidmət” mərkəzlərinin yaradılması, məqsədləri, həyata keçirdiyi xidmət növləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər qazanılıb. Azərbaycan brendi olan “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların razı salınması, onların rahatlığının və şəffaflığın təmin olunması, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiqi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasıdır.

“ASAN xidmət” mərkəzinin əsas prinsipləri operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıqdır. Vətəndaşların burada bütün növ elektron xidmətlərdən yararlanmaları üçün hər cür şərait var. “ASAN xidmət” mərkəzlərində insanlara operativ və rahat formada, müasir texnologiyalar, həmçinin innovasiyalar tətbiq edilməklə xidmət göstərilir. Burada vətəndaşların gözləmələri və vaxtlarını səmərəli keçirmələri üçün funksional yardımçı xidmətlər təqdim olunur.

Məlumat verilib ki, hazırda 11 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan beşi Bakıda, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ və Masallıdadır. Mərkəzlərdə 10 dövlət orqanı ilə yanaşı, özəl şirkət və müəssisələr tərəfindən də müxtəlif xidmətlər göstərilir. Hazırda Bakıda iki “ASAN Kommunal” mərkəzi də fəaliyyət göstərir. Bu mərkəzlərdə xidmətlər “ASAN xidmət” mərkəzlərinin fəaliyyət prinsipləri və standartları əsasında göstərilir. Azərbaycanın regionlarında səyyar “ASAN xidmət” davam etməkdədir. Hazırda 10 səyyar “ASAN xidmət” avtobusu xidmət göstərir. Cari il fevralın 1-dən səyyar “ASAN qatar” yerlərdə vətəndaşlara xidmət etməyə başlayıb.

Mərkəzlərdə vətəndaş məmnunluğunun təmini istiqamətində əldə edilən arzuolunan nəticələr də qonaqların diqqətinə çatdırılıb. Bildirilib ki, bu günədək “ASAN xidmət” mərkəzlərinə daxil olan müraciətlərin sayı 17 milyon 764 min 513-ə çatıb. Rəy sorğularına əsasən, 2013-cü ildən bu günədək vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 98-100 faiz arasında dəyişir.

Qeyd olunub ki, bu günədək 213 mindən çox əcnəbi və vətəndaşlığı olmayan şəxsə “ASAN Viza” sistemi vasitəsilə elektron viza verilib. Həmçinin dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək göstərmək üçün “ABAD” publik hüquqi şəxs yaradılıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə bir sıra ölkələr arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Həmçinin “ASAN xidmət” BMT-nin 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb. “ASAN xidmət”, eyni zamanda, Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən beynəlxalq müsabiqənin qalibi olub. ASAN könüllülərinin “ASAN məktub” və “ASAN kadr” layihələri qabaqcıl təcrübələr kimi, BMT-nin “Cənub-cənub əməkdaşlığı çərçivəsində qabaqcıl mexanizmlər və həllər” adlı portalına daxil edilib.

Beynəlxalq konfransın iştirakçılarına 5 saylı Bakı “ASAN xidmət” mərkəzində tətbiq olunan innovativ avadanlıq da nümayiş etdirilib. Qonaqlar mərkəzdəki nikah otağı, elektron şikayət köşkü, asanözünə xidmət, kitabxana, məlumat şöbəsi, stress otağı ilə tanış olublar.

“ASAN xidmət” mərkəzində yaradılmış şəraiti və nümunəvi iş prinsipini yüksək qiymətləndirən qonaqlar bu qurumun fəaliyyətini təqdirəlayiq hesab edib, kollektivə uğurlar arzulayıblar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!