16/12/2017 05:18

Valyuta USD EUR RUB TRY
Kurs 1.7001 2.0032 0.0289 0.4379


ASAN xəbər

“ASAN xidmət”in fəaliyyəti sübut edir ki, Azərbaycan dövləti vətəndaşlara qayğı göstərir


12.10.2017   07:19


Azərbaycanda fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində vətəndaşlara dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsi metodlarından məmnun qaldım. “ASAN xidmət” mərkəzlərində vətəndaşlara lazım olan bütün xidmətlər rahat formada, müasir texnologiyalar tətbiq edilməklə vahid bir məkandan göstərilir və beləliklə, onlar müxtəlif dövlət qurumlarına sənədlər toplamaq üçün getmirlər.

AZƏRTAC xəbər verir ki, bu sözləri 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olan kibercinayətkarlıqla mübarizəyə dair beynəlxalq konfransın iştirakçısı, Avropa İttifaqının eksperti Stanislav Pavlovski jurnalistlərə müsahibəsində deyib.

“Bu, onu sübut edir ki, Azərbaycan dövləti vətəndaşlara qayğı göstərir və bu, yalnız alqışlana bilər. Azərbaycanda vətəndaşlar üçün yaradılan belə bir şəraitin öz ölkəm olan Moldovada da yaradılmasını arzulayıram”, - deyə S.Pavlovski əlavə edib.




Xəbər lenti

15 Dekabr











ASAN Radio telefonunuzda
Facebook