13/12/2017 03:36

Valyuta USD EUR RUB TRY
Kurs 1.7001 2.0181 0.0289 0.4327


Havadasan

Şimşək çaxacaq, yağış yağacaq


12.10.2017   12:54


Oktyabrın 13-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

ETSN-dən ASAN Radioya verilən məlumata görə, havanın temperaturunun gecə 13-15° isti, gündüz  17-20° isti, Bakıda gecə  13-15°, gündüz  18-20° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 765 mm civə sütunu təşkil edəcək.  

Nisbi rütubət  75-85 % olacaq. 

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 9-14°, gündüz  18-23° isti, dağlarda gecə 1-6°, gündüz 6-10° isti olacağı gözlənilir.




Xəbər lenti

12 Dekabr











ASAN Radio telefonunuzda
Facebook