USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
BŞTİ-də könüllülərə arayış təqdim olunub

Oktyabrın 12-də Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) IV könüllülük proqramında iştirak etmiş gənclərə arayışlar təqdim olunub.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, idarənin struktur bölmə rəhbərləri və IV könüllülük proqramını başa vuran gənclər iştirak edib.

ASAN Radio xəbər verir ki, BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva çıxış edərək ölkəmizdə könüllülük proqramlarının geniş vüsət aldığını qeyd edib. İdarə müdiri könüllüləri təbrik edərək onların fəaliyyətinin yaddaqalan və səmərəli olduğunu söyləyib, hansı sahədə çalışmalarından asılı olmayaraq, könüllülərin uğur qazanacaqlarına inandığını bildirib.

Çıxışı zamanı M.Vəliyeva qeyd edib ki, IV könüllülük proqramı çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 300-ə yaxın gənc müraciət edib. Onlardan müvafiq meyarlar əsasında 100 nəfər müsahibəyə çağırılıb və 42 nəfər müsahibədən müsbət nəticə əldə edib. Seçimlərin nəticələrinə uyğun olaraq, 33 nəfər BŞTİ–nin müvafiq sektorlarında, 7 nəfər xidmət bölmələrində, 2 nəfər isə Təlimə Dəstək Mərkəzində fəaliyyətə başlayıb. İndiyədək  BŞTİ tərəfindən həyata keçirilmiş ilk könüllülük proqramında 15, ikinci proqram əsasında 26, üçüncü könüllülük proqramında 35, dördüncü könüllülük proqramında isə 42 nəfər müxtəlif sektorlarda və xidmət bölmələrində fəaliyyət göstəriblər. Onlardan 17 nəfəri hazırda BŞTİ-nin əməkdaşı kimi çalışır.

BŞTİ-nin struktur bölmə rəhbərləri IV könüllülük proqramı iştirakçılarının fəaliyyətlərindən razılıqlarını ifadə edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsində onlara göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edən gənclər, könüllü kimi 3 aylıq fəaliyyətləri dövründə öz ixtisasları üzrə və ümumi dünyagörüşlərinin inkişafı baxımından müsbət təcrübə qazandıqlarını nəzərə çatdırıblar.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi artıq 4 ildir ki, könüllü əsaslarla çalışmaq arzusunda olan gənclərlə əməkdaşlıq edir. İntizamlı, xoşrəftar, kollektivdə çalışmağı bacaran, xarici dil biliklərinə malik, ali təhsilli və ya ali təhsil müəssisələrinin son kursunda oxuyan gənclər BŞTİ-nin müxtəlif sektorlarında 3 ay təcrübə keçmək imkanı qazanırlar. Könüllü gənclər BŞTİ-nin müvafiq struktur bölmələrinin fəaliyyətində yaxından iştirak edir, korporativ ünsiyyət vərdişləri və səmərəli təcrübə qazanırlar. 

Artıq BŞTİ tərəfindən V könüllülük proqramına start verilib. V könüllülük proqramına aparılan sənəd qəbulu 20 oktyabr 2017-ci il tarixinədək davam edəcək. Maraqlananlardan tərcümeyi hallarını [email protected] elektron poçtuna göndərmələri xahiş olunur.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!