USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Cinayətlərin açılmasında veteranların əməyi danılmazdır

Ölkəmizin müxtəlif bölgələrində polis veteranları mütəmadi olaraq cinayətkarlıqla mübarizədə, asayişin qorunmasında, gənc əməkdaşların təlim-tərbiyəsində, peşəkarlığının artırılmasında onlarda dövlətə və dövlətciliyə, anda, xidməti vəzifə borcuna sədaqət hisslərinin formalaşmasında, nizam-intizama  və qanunçuluğa ciddi əməl edilməsinin vacibliyinin izah olunmasında bilik və təcrübələrini bölüşürlər. Cinayətlərin açılmasında onların təcrübəsi, peşəkarlığı mühüm rol oynayır. 

DİN-nin mətbuat xidmətindən ASAN Radioya bildirilib ki, uzun illər cinayətkarlıqla mübarizə cəbhəsində "döyüşən”, bu işlərin ağırlığını çiyinlərində daşıyan polis veteranları yeniyetmə və gənclər arasında antinarkotik  təbliğatın güclənməsi, dini radikalizmə qarşı mübarizə, azyaşlılar arasında erkən nigah və intihar hallarının qarşısının alınması məqsədilə yerli polis şöbələrinin rəhbərliyi və aidiyyatı xidmətlərin əməkdaşları ilə birgə ayrı-ayrı təhsil müəssisələrində, vətəndaşlarla görüşlər keçirərək hüquqi mövzularda maarifləndirmə işləri aparırılar. 

Veteranlar vaxtaşırı görülən işlər barədə hesabat verirlər. 

Belə ki, cari ilin 9 ayı ərzində veteranların köməyi ilə respublika üzrə 3401 cinayətin açılması təmin edilib.  

Ötən müddət ərzində polis veteranları şəxsi heyətlə təlim-tərbiyə işinin aparılmasına, gənc əməkdaşların peşə vərdişlərinin artırılmasına, onlarda dövlətə və dövlətçiliyə, anda, xidməti vəzifə borcuna sədaqət hissinin formalaşdırılmasına yönəlmiş tədbirlərdə də fəal iştirak ediblər. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onların zərərli vərdişlərdən uzaq tutulması istiqamətində profilaktik xarakterli tədbirlərin həyata keçirilməsi də daim diqqətdə saxlanılıb. Göstərilən dövr ərzində veteranlar 2190 dəfə respublikanın müxtəlif təhsil müssisələrində (orta məktəblərdə, liseylərdə, kolleclərdə və s.), həmçinin ayrı-ayrı kollektivlərdə vətəndaşlar qarşısında çıxış edib, tövsiyələrini veriblər. 

Səmərəli fəaliyyətlərinə görə veteranlardan bir neçəsi DİN rəhbərliyi və Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları təşkilatı tərəfindən mükafatlandırılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!