USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
A.Lukaşenko: Azərbaycanla hərbi-texniki əməkdaşlığımız genişlənir, bunu heç kimdən gizlətmirik

Belarus və Azərbaycan parlamentləri ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verə bilərlər.

ASAN Radio AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikri oktyabrın 13-də Minskdə Milli Məclisin sədri Oqtay Əsədovla görüşündə Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

Parlamentin öz imkanlarının və üstünlüklərinin olduğunu qeyd edən A.Lukaşenko deyib: “Mən parlamentlərin imkanlarını yaxşı bilirəm. Düşünürəm ki, parlamentlər ölkələrimiz arasında münasibətlərin inkişafına təkan verə bilər. Prezident kimi şəxsən mən Belarus parlamenti sədrinin fikirlərinə çox diqqət yetirirəm. Bilirəm ki, Azərbaycan Prezidenti İlham Əliyev də çox demokratik, yüksək təhsilli və intellektual şəxsdir. Əgər ölkə parlamenti vacib məsələni irəli sürərsə, ona xüsusi diqqət yetirir”.

Belarus dövlətinin başçısı qeyd edib ki, hər iki ölkənin müəyyən etdiyi öz yolu, öz siyasi xətti var. “Ölkələrimiz arasında çox səmimi və yaxşı münasibətlər var. Sözsüz ki, biz dost kimi bir-birimizə etibar edirik”, - deyə Belarus Prezidenti vurğulayıb.

Prezident A.Lukaşenko deyib ki, Belarus və Azərbaycan bir çox sahələrdə sıx əməkdaşlıq edirlər. Ölkələrimizin müştərək müəssisələrinin istehsal etdiyi məhsullar digər ölkələrin bazarlarına çıxarılır.

“Biz birlikdə Cənub və Şərqə doğru addımlayırıq. İqtisadi sahədə bu siyasəti dəstəkləməkdə davam edəcəyik. Belarus ilə Azərbaycan arasında hərbi-texniki sahədə əməkdaşlıq genişlənir, bunu heç kimdən gizlətmirik. Azərbaycana bu sahədə dəstək verməkdə israrlıyıq. Belarus Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır və bununla bağlı qətiyyətli mövqeyini davam etdirəcək”, - deyə A.Lukaşenko qeyd edib.

Belarus Prezidenti MDB Parlament Assambleyası çərçivəsində regional əməkdaşlığın daha da gücləndirilməsinin zəruriliyini bildirib.

Soçidə MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyünü xatırladan A.Lukaşenko deyib ki, bu görüşdə ikitərəfli münasibətlərə dair geniş müzakirələr aparılıb. Ölkələrimiz arasında çoxşaxəli əlaqələrin inkişaf etdirilməsinə xüsusi diqqət ayırdığına görə Azərbaycan dövlətinin başçısına minnətdarlığını bildirən Aleksandr Lukaşenko Prezident İlham Əliyevə xoş və səmimi salamlarını çatdırıb.

Milli Məclisin sədri Oqtay Əsədov səfər zamanı göstərdikləri xoş və doğma münasibətə görə Belarus dövlətinin başçısına təşəkkür edərək, Azərbaycan Prezidenti İlham Əliyevin xoş və səmimi salamlarını Prezident A.Lukaşenkoya çatdırıb.

Spiker qeyd edib ki, Azərbaycan Belarus ilə bütün istiqamətlərdə əməkdaşlığı fəal davam etdirir. Bu gün ikitərəfli format demək olar ki, bütün sahələri əhatə edir və genişlənir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Belarusun tutduğu mövqeyə görə təşəkkürünü bildirən Oqtay Əsədov xatırladıb ki, 2016-cı il aprel hadisələrində Belarus Prezidenti bəyanat verərək münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyini açıqladı.

Görüşdə Milli Məclisin komitə sədri Ziyad Səmədzadə, deputatlar Xanlar Fətiyev, Ülviyyə Ağayeva, Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov və başqaları iştirak ediblər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!