“Naxçıvana dəmiryolunun açılması üçün 2 yol var”.
ASAN Radio xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.
"Bu yollardan biri Türkiyədə Qarsdan Sədərəyə olan yoldur ki, bunun dəyəri 2-2,5 milyard dollardır. Digər yol isə İran yoludur. Hal-hazırda "Şimal-Cənub" layihəsi həyata keçirilir. Azərbaycan prezidenti bu yolun tikintisi üçün 500 milyon dollar kredit ayrılıb. Yolun qiyməti təxminən 1 milyard dollardır. İran da yolun torpağının alınması ilə bağlı öhdəliyi öz üzərinə götürüb. Tikinti işləri başa çatdıqdan sonra biz Bakıdan Naxçıvana 1450 km dəmiryolunu açmış və birləşdirmiş olacağıq",- deyə C.Qurbanov əlavə edib.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!