USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Dəmir yolu işçilərinin peşə bayramı günü qeyd olundu - Fotolar

13 oktyabr 2017-ci ildə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətində dəmir yolu işçilərinin peşə bayramı gününə həsr olunmuş təntənəli yığıncaq keçirilib.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov tədbir iştirakçılarını 13 oktyabr - dəmir yolu işçilərinin peşə bayramı günü münasibətilə ürəkdən təbrik etdi.

Sonra “Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin bir qrup əməkdaşının ali dövlət mükafatları ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 oktyabr 2017-ci ildə imzaladığı sərəncamlar oxundu.

C. Qurbanov çıxışına davam edərək bildirdi ki, ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən müasir dövrün iqtisadi islahatları respublikamıza böyük uğurlar gətirib, ölkə iqtisadiyyatının sürətli inkişafına səbəb olub. Ümummilli liderimiz Heydər Əliyev ölkənin siyasi rəhbərliyində olduğu bütün dövrlərdə polad magistralın inkişafına daim qayğı göstərmişdir.

C. Qurbanov dəmir yolunun yaranma tarixinə qısa ekskurs edərək bildirdi ki, Azərbaycanda dəmir yolunun təməli hələ 1878-ci ildə qoyulmuş və inşası 20 yanvar 1880-ci ildə başa çatmışdır. O, uzunluğu cəmi 20 km olan Bakı-Suraxanı-Sabunçu dəmir yolundan ibarət olmuşdur. Həmin tarixi dövrdən başlayaraq dəmir yolu yük daşınmasına olan tələbatın artdığını nəzərə olaraq inkişaf edib və təkmilləşib.

7 oktyabr 2005-ci ildə "Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında" Sərəncam imzalamışdır. Həmin Sərəncama əsasən hər il oktyabrın 13-ü müstəqil Azərbaycan dəmir yolunun yarandığı gün-Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı günü kimi qeyd olunur, ölkə başçısı dəmiryolçuları ali dövlət mükafatları ilə təltif edir.

137 illik tarixə malik olan Azərbaycan polad magistralı çox əzəmətli fəaliyyət yolu keçib. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycan Dövlət Dəmir Yolunun inkişafının ən sürətli və parlaq dövrü ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illəri əhatə edir. 1969-2003-cü illəri Azərbaycan Dövlət Dəmir Yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. Məhz bu illərdə istehsalatda əsas fəaliyyətlə yanaşı 14300 texniki yeniləşmə metodları tətbiq edilmiş və bunlar dəmir yolunun bütün sahələrini əhatə etmişdir.

İndi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük qayğlsl ilə Azərbaycan polad magistralı özünün sürətli inkişaf mərhələsi dövrünü yaşayır, Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Şərq-Qərb, Cənub-Qərb kimi beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması sürətləndirilir. 

Sonra bir qrup dəmiryolçuya yeni mənzillərin açarları, “Fəxrı dəmiryolçu” döş nişanı və bayram hədiyyələri, təqdim olundu.

Tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dəmiryolçuların müraciəti qəbul olundu.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!