USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakıda İMAGİNE - Avropa Tolerantlıq Festivalı keçirilir

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi İMAGİNE - Avropa Tolerantlıq Festivalı keçirir.

Tədbir Aİ ölkələrinin səfirlikləri, eləcə də İsveçrə, Norveç, Moldova, Peru, İsrail, Meksika, Argentina, Kuba və Braziliya səfirlikləri, “Park Cinema”, “Landmark”, “United Cultures”, Bakı Media Mərkəzi və YARAT ilə birgə əməkdaşlıq şəraitində, “Türk Hava Yolları” və “ASAN Radio”nun dəstəyi ilə təşkil olunub.

ASAN Radionun xəbərinə görə, festivalla əlaqədar keçirilən mətbuat konfransında çıxış edən Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib ki, Bakının 12-20 oktyabr tarixlərində tolerantlığın paytaxtına çevriləcəyi üçün fəxr hissi keçirir: “IMAGINE - Avropa Tolerantlıq Festivalı üçüncü ölkədə Aİ tərəfindən dəstəklənən və keçirilən ilk festival olacaq. Bu festival Roma razılaşmasının imzalanmasının 60 illiyinə həsr edilib. Düşündük ki, festivalın keçirilməsi üçün ən yaxşı şəhər Bakıdır. Bu festivalın mahiyyəti tolerantlıq və müxtəliflik sözləri ilə əlaqəlidir. Hər iki söz də Bakını təmsil edir. Tolerantlıq günlərində gəlib mənə qoşulun”.

Qeyd edək ki, Avropa Tolerantlıq Festivalının məqsədi müxtəlif incəsənət nümunələri ilə mədəniyyətlərarası dialoq və tolerantlığın dəyərlərini təşviq etməkdir. Bu, Azərbaycanda indiyədək keçirilmiş ən böyük beynəlxalq festivallardan biridir. Festivalın proqramı çərçivəsində Aİ və Azərbaycandan olan yaradıcı insanlar arasında fikir mübadilələri, debatlar aparılacaq, görüşlər təşkil ediləcək.

Festival günlərində 34 film nümayiş olunacaq, Belçika, Latviya, Litva, Polşa, İsrail, eləcə də Azərbaycandan olan tanınmış film rejissorları, prodüser və aktyorlarla 9 debat sessiyası keçiriləcək, ölkədə səfərdə olan musiqiçilərin iştirakı ilə 6 konsert, 2 seminar və 1 teatr tamaşası təşkil ediləcək. 18 oktyabrda festival çərçivəsində tolerantlıq mövzusunda foto-video müsabiqəsinin qalibləri mükafatlandırılacaq.

IMAGINE - Avropa Tolerantlıq Festivalı iki məkanda keçiriləcək: “Landmark” (Nizami küçəsi 90) və “Park Cinema Flame Towers”də. Bütün filmlərə giriş pulsuz olacaq və “yer birinci gələnindir” prinsipi ilə xidmət göstəriləcək.

ASAN Radio festivalı informasiya tərəfdaşıdır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!