USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Geomaqnit qasırğasının səngiyəcəyi gün açıqlandı

Sabahdan etibarən geomaqnit qasırğası səngiyəcək.

ASAN Radionun məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.

Onun sözlərinə görə, təqribən 5 gündür ki, başlayan geomaqnit qasırğası hələ də aramsız olaraq davam edir və vaxtaşırı G1 və G2 kateqoriyalı səviyyələrə keçir.

Bu prosesin bu gün də davam etdiyini deyən E.Babayev deyib ki, buna səbəb Günəşdəki tac dəlilklərindən başlanğıcını götürən yüksək surətli Günəş plazma küləyidir:

"Maraqlıdır ki, hazırda Günəşin səthində bir dənə də olsa günəş ləkəsi müşahidə olunmur. Adətən bu ləkələr və onların yaxınlığında olan alışmalardan sonra bu cür mürəkkəb vəziyyət yaranarsa kosmik hava korlanırdı. Lakin bugünkü səbəb günəşin səthində orta ölçüyə malik tac dəliyindən əsən günəş plazma küləyidir. Həmin külək 5 gündür yer ətrafı fəzaya çatıb. Hazırda yer həmin küləyin ağuşundadır. Bu da geomaqnit qasırğasına səbəb olur".

E.Babayev qeyd edib ki, kosmik hava əgər korlanmış meteoşəraitlə tandem təşkil edirsə , diskomfort vəziyyəti artırmış olur. Bu halda həkimlər hansısa qabaqlayıcı tədbirlərin həyata keçirilməsini məsləhət görürlər.

Alimin sözlərinə görə, bu hal ilk növbədə risk qrupuna daxil olanlar üçün təsirli olur. Bu zaman əsasən ürək qan-damar sistemi xroniki xəstəliklərinə məruz qalan insanlar, qismən də ahıl insanlar və azyaşlı uşaqlar daha çox artmış diskomforta məruz qalırlar:

"Adətən impulsiv baş ağrıları, halsızlığın artması şəklində özünü göstərir. Heç bir təşvişə düşməyə ehtiyac yoxdur. Hesab edilir ki, sabahdan etibarən vəziyyət əvvəlki normasına düşəcək".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!