USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakıda “İtalyan dili həftəsi”nin açılışı olub

Oktyabrın 16-da Beynəlxalq Muğam Mərkəzində “İtalyan dili həftəsi”nin açılışı olub.

ASAN Radio xəbər verir ki, tədbir Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə İtaliyanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilib.

Tədbirdə İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari çıxış edərək ölkəsinin zəngin mədəniyyətindən və dil həftəsinin keçirilməsinin əhəmiyyətindən söz açıb. Bildirib ki, “İtalyan dili həftəsi” dünyada hər il oktyabr ayının üçüncü həftəsində bu dili təşviq etmək məqsədilə təşkil olunur. İtalyan dili dünyada ingilis, ispan və Çin dillərindən sonra ən çox öyrənilən 4-cü əsas dildir. “Klassik mədəniyyət və ədəbiyyat haqqında düşünəndə bu dilin yada düşməməsi mümkün deyil. İtalyan dilinin geniş yayılmasının bir neçə səbəbi var: Vatikan kilsəsi, miqrasiya, mədəniyyət, mətbəx, sevgi, moda, avtomobil və s. Bu il “İtalyan dili həftəsi” ölkəmizin kinosuna həsr olunur. Kino bizim hər birimizi cəzb edir, bunun vasitəsilə gözəlliyi görə bilirik. Kino həqiqətin güzgüsüdür. Bakıda oktyabrın 23-dək keçiriləcək həftə çərçivəsində İtaliyanın məşhur rejissor və ssenaristi Francesko Bruninin ustad dərsləri və italyan filmləri nümayiş olunacaq. Konsertimizin adı da “35 millimetr kino lenti və musiqidir”, - deyə səfir vurğulayıb.

Sonra gecədə Oskar mükafatı almış italyan filmlərindən fraqmentlər nümayiş olunub, habelə musiqilər səsləndirilib. Layihənin müəllifləri italyan filmlərindəki mahnıları caz üslubunda simli kvartetə köçürən bəstəkarlar Stefano Muskaritolo və Kəmalə Əlizadədir.

Gecədə Günel Kazımovanın fortepianoda müşayiəti ilə Əməkdar artistlər Fəridə Məmmədova (soprano) və Siruz Məmmədov (truba) məşhur italyan bəstəkarları Ennio Morrikone, Henry Mançini, Nino Rota və digərlərinin əsərlərini səsləndiriblər.

Qeyd edək ki, “İtalyan dili həftəsi” müasir mədəniyyət və incəsənət dili olan italyan dilinin təbliğinə yönəldilmiş beynəlxalq bir layihədir. Bu tədbir 2001-ci ildən hər il İtaliya Xarici İşlər Nazirliyinin dəstəyi ilə təşkil olunur.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!