USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Dövlət Komitəsi: İraqda qalan digər azərbaycanlı uşaqlarla bağlı müəyyən informasiyalar var

"İndi İraqda azərbaycanlı uşaqlar qalıb, onlar orada uşaq evlərinə verilib. Azərbaycanın müvafiq qurumları İraq hökuməti ilə danışıqlar aparır. Orada uşaq evlərindəki bizim uşaqları müəyyənləşdirib ölkəyə gətirilməsi prosesinə başlanılıb. Bir uşaq artıq gətirilib, digərləri ilə bağlı da müəyyənləşmələr var və artıq iş gedir ki, onlar da ölkəyə gətirilsin".

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

S.Heydərov bildirib ki, həmin insanlar ora aldanıb getdiklərini başa düşüblər: "Aldanıb gediblər və orada tamam başqa mühitə düşüblər. Sonradan səhv etdiklərini, aldandıqlarını anlayıblar. Ona görə də oradan qaçmağa, ölkəyə dönməyə çalşırlar. Təbiidir ki, onlar ölkəyə qayıdan zaman məsuliyyətə cəlb olunurlar. Bir çoxlarının isə vətəndaşlığı ləğv olunub. Buna görə də oradan qaçıb Azərbaycana yox, digər ölkələrə üz tutur və həmin ərazilərdə gizlənirlər.

Lakin onlar digər ölkələrdə olsalar da, Azərbaycanın hüquq-mühafizə orqanları həmin şəxslərin müəyyənləşdirilib ölkəyə gətirilməsi ilə məşğuldur. Yəni, Azərbaycandan gedib qanunsuz silahlı birləşmələrə qoşulanların hər birinin məsuliyyəti var və ona görə də onlar qanun qarşısında cavab verəcəklər".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!