21/11/2017 21:23

Valyuta USD EUR RUB TRY
Kurs 1.7002 2.0051 0.0281 0.4374


Havadasan

Sabahın hava proqnozu


17.10.2017   12:49


Oktyabrın 18-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.  

ASAN Radioya ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 9-12° isti, gündüz  16-20° isti, Bakıda gecə  10-12°, gündüz  18-20° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət   gecə 80-90 %, gündüz 60-70 %  olacaq. 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Zəif şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 7-12°, gündüz 17-22° isti, dağlarda gecə 0-4° isti, gündüz 9-14° isti olacağı gözlənilir.




Xəbər lenti

21 Noyabr











ASAN Radio telefonunuzda
Facebook