USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Füzulidə əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərilr

Cəbhə xəttində yerləşən Fizuli rayonunun Diaqnostika Mərkəzində 8 nəfərdə ürək əməliyyatı aparılıb. Onlardan 6-ı uşaqdır.

Azərbaycan Səhiyyə Nazirliyinin xətti ilə təşkil olunan tədbirlər çərçivəsində Respublika Diaqnostika Mərkəzinin invaziv kardiologiya və ürək-damar xəstəlikləri şöbəsinin tanınmış mütəxəssisləri millət vəkili, ürək-damar cərrahı, Tibb üzrə Elmlər Doktoru, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə heyətinin sədri Dr. Rəşad Mahmudov və nümayəndə heyəti cəbhəyanı bölgəyə yola düşüb. Mütəxəssislər 4 gün ərzində "Uşaqların ürəyi Qarabağda döyünür" şüarı altında 1-10 yaşlı uşaqlarda təmənnasız anadangəlmə ürək qüsurları əməliyyatları icra edirlər.

Rayona 35 nəfərlik həkim briqadasının getdiyi bildirilir.

Həyata keçirilən fəalyyətlə bağlı R. Mahmudov Trend-ə bildirib ki, məqsəd cəbhə bölgəsində yerləşməsinə baxmayaraq, Füzuli rayonunda əhaliyə ən yüksək standartlarla və peşəkar səviyyədə tibbi xidmətin göstərilməsidir: "Biz bunu dünyaya mesaj olaraq bildirmək istəyirik. Azərbaycan dövləti hər zaman xalqına qayğı göstərir və bu bütün sahələrdə həyata keçirilir. Dövlətimizin bölgələrimizə olan diqqət və qayğının nəticəsi olan bu layihə, habelə, gələcəyimiz, sabahımız olan körpələrin öz sağlamlıqlarına qovuşması baxımından böyük əhəmiyyət kəsb edən əməliyyatlar zamanı Müalicəvi Diaqnostika Mərkəzinə məxsus ən son texnoloji aparat və avadanlıqlardan istifadə ediləcək".

Qeyd edək ki, bölgədə "Uşaq ürəkləri Qarabağda döyünür" adlı konfrans keçirilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!