USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
K.Yankauskas: "Əsasən, miqrantlar, uşaqlar və qadınlar insan alverinin qurbanı olur”

"Dünyada silah və narkotik alverindən əldə edilən gəlirlərdən sonra ən çox gəlir insan alverindən əldə edilir". 

ASAN Radionun xəbərinə görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskas Avropa İttifaqının İnsan Alverinə Qarşı Mübarizə gününə həsr olunmuş tədbirdə deyib. Səfir bildirib ki, bu gün 2007-ci il oktyabrın 18-dən qeyd olunmağa başlayıb: "İnsan alveri ilə məşğul olanlar insanların köməksiz vəziyyətindən istifadə edirlər. İnsan alveri cinayəti Avropa dəyərlərinə tam ziddir". 

Səfir qeyd edib ki, Avropa İttifaqı Azərbaycanda insan alverinə qarşı mübarizə üçün 5 illik strategiya icra edir: "Bu strategiyada 40-a yaxın konkret addım nəzərdə tutulub. İlk növbədə qurbanların hüquqlarının müdafiəsi nəzərdə tutulur. Daha çox miqrantlar, uşaq və qadınlar insan alverinin qurbanı olur". 

K. Yankauskas deyib ki, insan alverinə qarşı mübarizədə səylər birləşdirilməlidir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!