USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Taleb Rifai: Azərbaycan və Dünya Turizm Təşkilatının əlaqələri gələcəkdə də inkişaf edəcək

Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Sizi Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edirəm. Sizə ölkənizin və xalqınızın rifahı və inkişafı üçün ən xoş arzularımı çatdırıram.

Zati-alinizin səyahət və turizm sənayesinə şəxsi dəstəyi hökumətinizin Azərbaycanın davamlı sosial-iqtisadi inkişafı və qlobal miqyasda turizm sahəsində güclü brend kimi mövqe qazanması üçün bu sektora verdiyi önəmi göstərir. Sizə “Beynəlxalq inkişaf naminə davamlı Turizm İli-2017”yə Azərbaycanın verdiyi çox dəyərli dəstəyə görə minnətdarlığımı bildirirəm.

Bu səylərinizdə Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının davamlı dəstəyinə əmin olun. İnanıram ki, Azərbaycan və Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının möhtəşəm əlaqələri qarşıdan gələn illərdə də inkişaf edəcək.

Cənab Prezident, Sizi bir daha təbrik edirəm. Xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!