USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Energetika naziri Pərviz Şahbazov Türkiyə səfirini qəbul edib

Türkiyənin ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Azərbaycan Energetika Nazirliyində olub.

Nazirlikdən ASAN Radioya verilən məlumata görə, səfir Azərbaycanın energetika naziri vəzifəsinə təyin edilməsi münasibətilə Pərviz Şahbazova təbriklərini çatdırıb.

Səfir bu təyinatın iki ölkə arasında enerji əməkdaşlığının daha da möhkəmlənməsinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. E. Özoral Azərbaycanın Türkiyə ilə birgə reallaşdırdığı Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəməri, eləcə də “Cənub Qaz Dəhlizi”nin əsas seqmentlərindən olan Trans-Anadolu qaz boru kəməri (TANAP) layihələrini regionda enerji təhlükəsizliyinə töhfə verən uğurlu əməkdaşlıq nümunələri adlandırıb. O, Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin gələcək inkişafı istiqamətində sıx əməkdaşlığın vacibliyini vurğulayıb.

Nazir kimi ilk görüşünün Türkiyə səfiri ilə keçirilməsinin ölkələrimiz arasındakı dost və qardaşlıq münasibətlərinin daha bir göstəricisi olduğunu diqqətə çatdıran energetika naziri Pərviz Şahbazov bu münasibətlərin bütün sahələrdə, o cümlədən enerji sahəsində yüksək əməkdaşlığı təmin etdiyini bildirib. Qeyd edib ki, həyata keçirilən enerji layihələri hər iki ölkənin regionda daha da güclənməsi, tranzit potensialının genişlənməsi baxımından çox önəmlidir. Nazir iki ölkənin iştirakı ilə həyata keçirilən enerji layihələrinə və enerji əməkdaşlığının gələcək perspektivlərinə diqqət yönəldib. P.Şahbazov bu sahədə müasir trendlərin birgə müzakirəsi məqsədilə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrakla görüşmək arzusunda olduğunu nəzərə çatdırıb.

Görüşdə Azərbaycan - Türkiyə enerji əməkdaşlığının prioritet istiqamətləri üzrə geniş fikir mübadiləsi aparılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!