USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Səhiyyə Nazirliyi əhali arasında yayılan xəstəliklə bağlı açıqlama verdi

Azərbaycanda bu ilin 9 ayı ərzində kəskin respirator virus infeksiyalarına yoluxma səviyyəsi keçən ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz azalıb.

ASAN Radioya bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, oktyabrın ötən 2 həftəsi ərzində də xəstələnmə səviyyəsi ötən ilin müvafiq dövründəki səviyyə ilə eyni olub:

"Respublika üzrə qeydə alınan yoluxma hadisələri barədə mərkəzə məlumatlar verilir. Məlumatların təhlili göstərir ki, kəskin respirator virus infeksiyalarının artımı hələ müşahidə olunmur, vəziyyət stabildir. Yəni, xəstəlik sayı mövsümi qaydada qeydə alınır. Buna baxmayaraq, profilaktik, müşahidə tədbirləri aparılır, dezinfeksiya tədbirlərinin gücləndirilməsi üçün işlər görülür".

A.Əliyeva bildirib ki, Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasında aparılan laborator müayinələr zamanı Azərbaycanda qrip virusu aşkarlanmayıb:

"Xəstəliyə o zaman qrip deyilə bilər ki, nümunələrdə hər hansı virus aşkarlanır və bunun da əsasında qrip diaqnozu qoyulur. Amma daxil olan nümunələrdən aydın olur ki, insanlarda müşahidə edilən xəstələnmələr soyuqdəymələr və kəskin respirator virus infeksiyalarıdır. Bunlar da mövsümi xarakter daşıyan xəstəliklərdir".

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı 2017-2018-ci ilin payız-qış mövsümündə qripin növbəti ştamlarının - qrip B-Brisben, qrip A-H3N2 (Honkonq) və H1N1-Miçiqan qriplərinin üstünlüyünü proqnozlaşdırıblar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!