21/11/2017 21:41

Valyuta USD EUR RUB TRY
Kurs 1.7002 2.0051 0.0281 0.4374


ASAN xəbər

Azərbaycan energetikləri ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini anıblar- FOTO


20.10.2017   11:10


Oktyabrın 20-də Energetika Nazirliyi, "Azərenerji" və "Azərişıq" açıq səhmdar cəmiyyətlərinin kollektivləri Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.

ASAN Radio xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gedən energetiklər ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

 




Xəbər lenti

21 Noyabr











ASAN Radio telefonunuzda
Facebook