“Tıxac bütün şəhərlərdə böyük problemdir. Bakıda yol infrastrukturunu araşdırmışıq. Həmin küçələrlə bağlı təkliflərimizi hökumətə təqdim etmişik. Digər qurumların bu təkliflərə müsbət yanaşsalar, işlər görüləcək”.
Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli ASAN Radionun "QəbuldASAN" verilişində deyib.
Onun sözlərinə görə, tıxacın yaranma səbəblərindən biri də maşınların düzgün parklanmaması ilə bağlıdır.
Vüsal Kərimli sərnişinlərin avtobus sürücülərindən şikayətlərinə də toxunub: “Bəzən şikayət edirlər ki, avtobus sürücüləri əyləcə sərt basırlar, amma sərnişinlər bunun yaranma səbəblərini bilmirlər. Bəzən nəqliyyat vasitələri birinci zolaqdan üçüncü zolağa qəfil keçid edirlər. Bu da avtobus sürücüsünün qəfil əyləcə basmasına səbəb olur. Yəni bu cür hallar bir-biri ilə bağlıdır”.
Müsahibədən bir hissəni linkdən dinləyə bilərsiniz:
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!