USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Ərdoğan: “Türkiyə və Azərbaycan niyə BMT Təhlükəsizlik Şurasında olmasın?”

“Niyə Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü olmasın, niyə Türkiyə olmasın?..”

Bu sözləri APA-nın Türkiyə müxbirinin sualına cavabında Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R. T. Ərdoğan D-8 təşkilatının İstanbulda keçirilən IX zirvə toplantısından sonra mətbuat konfransı keçirib.

APA-nın “zirvə toplantısındakı çıxışlarınızda verdiyiniz mesajlar “dünya 5-dən böyükdür” konsepsiyanızın tərkibi və davamı idi. Beynəlxalq təşkilatların güc və potensialını bu fəlsəfəyə yönləndirmə istiqamətində hansı fikir və düşüncələriniz var” sualına Türkiyə prezidenti belə cavab verib: “Dünənki toplantımızı izlədinizsə, orada deyilənləri və bu gün dediklərimizi dalğa-dalğa böyütməyi artıraraq davam etdirəcəyik. Bütün məsələ özümüzə ortaq tapmağımızdır. İkitərəfli görüşlərimizdə dünyadakı ölkələr “gözəldir, olmalıdır” deyirlər, ancaq “bu  işləri birgə  görək” deyəndə hamısında qorxaqlıq olduğunu görürsünüz. Nədən qorxursunuz? Mənafe münasibətləri bir çox ölkənin bu məsələdə mövqe müəyyənləşdirməsinə mane olur. Halbuki 5 ölkə dünyanı hal-hazırda sanki idarə edir. Onlar bizim haqlarımızı bizə vermə məsələsində qərarlı ola bilərmi? Xeyr. Onların işinə necə gəlirsə, o cür hərəkət edirlər. Yanılmıramsa, hal-hazırda BMT-nin üzvü olan 196 ölkə var, onların taleyi 5 ölkənin əlindədir. Hətta 5 deyil, bəzən 1 ölkənin əlindədir. O ölkə “yox” deyəndə qərar qəbul edilməz. Azərbaycan niyə BMT Təhlükəsizlik Şurasının üzvü olmasın? Türkiyə niyə BMT Təhlükəsizlik Şurasında olmasın? Diqqət yetirin, hal-hazırda BMT Təhlükəsizlik Şurasında əhalisi müsəlman olan bir ölkə belə yoxdur. Bu cür ədalət olarmı? Və bunun qitələr arasındakı bölgüsünü də ədalətli yapmaq lazımdır. 20 ölkə olacaqsa, 20 olsun, 30 olacaqsa, 30 ölkə olsun. O 30 ölkə növbəli şəkildə BMT Təhlükəsizlik Şurasına üzv olan ölkələrin haqlarına bərabər şəkildə malik  olaraq dünyanı idarə etsinlər. Müvəqqəti üzv olmasın, hamısı daimi üzv olsun. Məsələn, 2 il olsunlar. İki il 15 üzv olsa, növbəylə idarə edəcəklər. Birinci dönəmdə yaddaş kimi qalacaq, ikinci dönəmdə isə daha güclü çalışacaq. Proses bu şəkildə olsa, onda dünyada ədalətə nail olmaq asanlaşacaq. Heç bir ölkə “Mən BMT TŞ-yə girə bilmədim” deməyəcək, çünki biləcək ki, 5-6 ildən sonra ona da növbə gələcək. Amma hal-hazırda belə bir şey yoxdur, indi nəinki daimi üzvlük, müvəqqəti üzv olmaq üçün belə yapılan lobbiçilik işlərinin sayı-hesabı yoxdur. Halbuki müvəqqəti üzvlüyün heç bir dəyəri yoxdur. Ona görə də, mən ədalət axtarıram”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!