USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Avropa Tolerantlıq Festivalına yekun vurulub

Bakıda Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə keçirilən Avropa Tolerantlıq Festivalına oktyabrın 20-də yekun vurulub.

ASAN Radio xəbər verir ki, tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Bakının tolerantlıq paytaxtı olduğunu deyib. O, festivalın təşkilatçılığında Avropa İttifaqına daxil olan ölkələrlə bərabər, həm də İsrail, Meksika, Braziliya və digər ölkələrin göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.

K.Yankauskas qeyd edib ki, tolerantlığa daha çox diqqət yetirməklə festivalda kino, musiqi, rəqs və digər incəsənət janrları əksini tapıb. Festival çərçivəsində Aİ ölkələrindən və Azərbaycandan olan yaradıcı insanlar arasında fikir mübadilələri, debatlar aparılıb, görüşlər keçirilib. Festival günlərində 34 ekran əsəri nümayiş etdirilib. Azərbaycan, Belçika, Latviya, Litva, Polşa və İsrailin tanınmış film rejissorlarının, prodüserlərin və aktyorların iştirakı ilə 9 debat sessiyası reallaşıb. Azərbaycanda səfərdə olan musiqiçilər 6 konsert və 1 tamaşa təqdim, 2 seminar keçiriblər. Oktyabrın 18-də isə tolerantlıq mövzusunda “Imagine, foto, video” müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Kestutis Yankauskas vurğulayıb ki, festivalda 3 mindən çox insanın iştirak etməsi sevindirici haldır.

Sonra çıxış edən “DokuBaku” sənədli film festivalının nümayəndəsi Səbinə İmanova bildirib ki, “Reallığı sınayaraq” devizi altında təşkil olunan “DokuBaku” festivalı iki hissədən - əsas və yerli rejissorlar üçün nəzərdə tutulmuş müsabiqə proqramından ibarət idi. Əsas proqram çərçivəsində tamaşaçılara 18 sənədli film təqdim olunub, rejissor və prodüserlər üçün ustad dərsləri təşkil edilib.

Yerli rejissorlar üçün müsabiqə proqramında isə son iki ildə çəkilən 15 qısametrajlı sənədli film nümayiş etdirilib. Filmlər tanınmış yerli və xarici kino mütəxəssislərinin təmsil olunduğu münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Tədbir çərçivəsində Avropa Tolerantlıq Festivalının qaliblərinin adları açıqlanıb. Birinci yerə “Koridor” filminin rejissoru İqrar Qurnan, ikinci yerə “Əziz Monika” filminin müəllifi Oktay Namazov, üçüncü yerə isə “Humble room” filminin müəllifi Leyli Qafarova layiq görülüb.

Festivala maraqlı konsert proqramı ilə yekun vurulub.

Qeyd edək ki, Avropa İttifaqının əsasını qoyan Roma Sazişinin imzalanmasının 60 illiyi münasibətilə təşkil olunan festival iki məkanda - “Landmark” və “Park Cinema Flame Towers”də keçirilib.

ASAN Radio festivalın informasiya tərəfdaşı idi.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!