USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“YARAT”da növbəti tədbir yapon işıqlandırma dizaynına həsr olunub

“YARAT” Müasir İncəsənət Mərkəzində məşhur yapon işıqlandırma dizayneri Daisuke Yanonun iştirakı ilə seminarlara başlanılıb. Tədbir Yaponiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə reallaşıb.

ASAN Radio AZƏRTAC-a istinadən xəbər verir ki, Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori çıxış edərək ölkələrimiz arasında mədəniyyət və incəsənət sahəsindəki əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd edib. Son illər Azərbaycan ilə Yaponiya arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirilən layihələrdən danışan diplomat tədbirin də bu qəbildən olduğunu söyləyib.

Vurğulanıb ki, hər iki dövlət mövcud əlaqələrin daha da genişlənməsində maraqlıdır və belə tədbirlər mədəni münasibətlərin daha da möhkəmlənməsinə öz töhfəsini verir.

Qeyd edək ki, seminarlar “Yapon işıqlandırma dizaynı haqqında”, “Yapon düşüncəsində işıq” və “Yapon kağızı (vasi) və işıq” mövzularına həsr olunub.

Belə ki, tədbirin ilk hissəsində işıq və işığın yapon qavrayışı haqqında məlumat verilib. İşıq və işıqlandırma haqqında təqdimat hissəsi ənənəvi yapon kağızı və şamlar vasitəsilə işığın qurulması təlimi ilə davam edib. İştirakçılar şam işığının zərif hərəkətini və onun necə anbaan dəyişdiyini, “dzen” halına necə gəldiyini izləyiblər. Sonra qonaqlara yapon kağızının fənər formasında qatlanaraq işığın onun içərisindən necə ötürülməsi və titrəməsi göstərilib.

Bu təlimdə Daisuke Yano iştirakçılara işığın hərəkətinin, titrəməsinin onun əsas gözəllik ünsürü olduğunu göstərməyə çalışıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!