USD - 1.7 EUR - 1.9314 RUB - 0.0256 TRY - 0.3176 DAHA ÇOX
SON DƏQİQƏ
INNOLAND beynəlxalq proqramın regional müraciətlərini qiymətləndirəcək Lukaşenko: Dedim Serj, 5 rayonu Azərbaycana qaytar, dedi qaytarsam... Azərbaycanda “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti yaradılıb İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu Leyla Əliyevanın bir qrup rusiyalı qadının məktubuna cavabı
Şəkili gənc: “ABAD”a qoşulduqdan sonra biznesimi daha da genişləndirmək üçün çox yaxşı imkan yaranıb

“ABAD”ın dəstəklədiyi şəkili gənc sənətkar Elxan Kərimov 6 ildir ki, ağac oyma sənəti ilə məşğul olur. Uşaqlıqdan rəssamlığa böyük maraq göstərən gənc orta məktəbi bitirdikdən sonra dekorativ-tətbiqi xalq sənətkarlığı ixtisası üzrə təhsil alıb.

ASAN Radio xəbər verir ki, 25 yaşlı gənc rəssam hazırda Şəki şəhərinin qoruq ərazisində yerləşən “Sənətkarlar evi”ndəki emalatxanasında fəaliyyət göstərir. Gənc sənətkarın daş, kətan, kağız üzərində çəkdiyi rəsmlər, taxtadan hazırladığı kiçikölçülü suvenirlər yerli və xarici turistlər tərəfindən böyük maraqla qarşılanır.

Elxan Kərimov bir ilə yaxındır “Ailə Biznesinə ASAN Dəstək” layihəsinə - “ABAD”a qoşulub. Gəncin bildirdiyinə görə, “ABAD”la əməkdaşlıq onun bir sənətkar kimi tanınmasına, əl işlərinin reklam olunmasına yaxşı təsir göstərib, sifarişləri çoxalıb.

O, AZƏRTAC-a müsahibəsində deyib: “Əvvəllər hazırladığım əl işlərini, suvenirləri yalnız Şəki şəhərinə gələn turistlərə, yerli əhaliyə sata bilirdim. “ABAD” ailəsinin üzvü olduqdan sonra hazırladığım suvenirlər artıq paytaxtın sənətkarlıq mərkəzlərində də satılır. Öz biznesimi daha da genişləndirmək üçün çox yaxşı imkan yaranıb”.

Sənətkar bildirib ki, tursitlər təbii materiallardan – daş, qum, taxtadan hazırladığı kiçikölçülü suvenirlərə böyük maraq göstərirlər. Belə əl işlərinin qiyməti 2-3 manatdan 20-30 manat arasında dəyişir. Xarici turistlər öz portretlərinin taxta, kətan, kağız üzərində çəkilməsini xoşlayırlar. Rəssam belə sifarişləri çox qısa müddətdə hazırlamağı bacarır. Elxanın öz ideyası olan şaftalı, gavalı, ərik tumlarından və taxta çöplərindən hazırladığı hörümçək suvenirləri də turistlərin böyük marağına səbəb olur və onlar bu suvenirləri həvəslə alırlar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio