USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub

Ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Zeynalov Cabbar Firuddin oğlu şəhid olub.

ASAN Radio Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir!

Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilir ki, son günlər Ermənistan hakimiyyətinin müxtəlif təbəqələrdən olan nümayəndələri, o cümlədən bu ölkənin xarici işlər naziri Edvard Nalbandyan guya Azərbaycan tərəfinin açdığı atəş nəticəsində erməni hərbi qulluqçusunun həlak olması barədə yalan və iftira dolu fikirlər səsləndiriblər: “Həlak olan erməni hərbçisinin  düşmən ordusunda tüğyan edən cinayətkarlıq nəticəsində öz xidmət yoldaşının açdığı atəşdən öldüyünü təsdiq edən məlumatların yayılması bu iddiaların əsassız olduğunu bir daha sübut edir. Bu cür üzdəniraq və məsuliyyətsiz bəyanatlar verməklə Ermənistan rəhbərliyi beynəlxalq ictimaiyyət və erməni xalqında qoşunların qarşıdurma xəttindəki vəziyyət barədə yanlış fikir formalaşdırmağa, törətdikləri təxribatlara haqq qazandırmağa və cavabdehlikdən yaxa qurtarmağa cəhd göstərir”.

Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində baş vermiş düşmən təxribatına görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!