USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Beynəlxalq Muğam Mərkəzində gənc vokalçıların konserti keçirilib

Oktyabr 21-də Beynəxalq Muğam Mərkəzində Bakı Beynəxlalq caz festifalı çərçivəsində gənc ifaçıların “I am Jazman” müsabiqəsinin qaliblərinin konserti və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

ASAN Radio xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, “Jazz dünyası” jurnalı, “A+A Events” şirkəti, “The Landmark Hotel Baku”nun təşkilatçılığı və  ölkəmizdə fəaliyyət göstərən bir sıra səfirliklərin, habelə Beynəlxalq Muğam Mərkəzinin tərəfdaşlığı ilə reallaşıb. 

Konsertdə gənc ifaçılar vokal imkanlarını nümayiş etdiriblər. Koreya, Özbəkistan, İtaliya, Rusiya, Ukrayna və Azərbaycanın gənc vokal ifaçıları birlikdə çıxış edərək, dünyaca məhşur caz ustalarının əsərlərini və milli caz kompazisiyalarını səsləndiriblər.

Konsertdə Cin Co Yo(Koreya), Fəridə Girgin (Özbəkistan), Le Seat Noir, Serxio Kasablanka (İtaliya), Andrey Stetyuk (Ukrayna), Maksim Medvedev, Danil Kutuzov, Yuliya Perminova(Rusiya),Cəmilə Nəsirzadə, Cəmilə Naibova, Məhəmməd Məhəmmədli, Nurlan Abdullazadə, Nərmin Məmmədli, Ruslan Alışan, Tural Qasımlı, Polad Murtuzayev, Şəfiqə Abbasova, Ləman Dadaşova, Anastasiya Budakova (Azərbaycan) ifaçıları  çıxış etdilər. Vokal ifalarla yanaşı akardion, skripka, zərb alətləri, gitara. saksafo, piano və.b. musiqi alətlərində ifalar səslənib.

İfaçıları təltif etmək üçün festivalın direktoru Leyla Əfəndiyeva və münsiflər heyətinin sədri Rauf Əliyev səhnəyə  dəvət olunub. Leyla Əfəndiyeva  hər il keçirilən “I am Jazzman” festifalının Azərbaycan milli caz musiqisinə yeni tövhələr verdiyi üçün məmnunluğunu bildirib.

Sonda gənc caz ifaçılar diplom və hədiyyələrlə  təltif olunublar. Müsabiqədə caz nominasiyası üzrə  yerlərə müvafiq olaraq I-yer Le Seat Noir (İtaliya), II- yer Anastasiya Budakova(Azərbaycan),III – yer Cəmilə Nəsirzadə(Azərbaycan) layiq görülüblər. İnstrumental nominasiyada Maksim Medvedev (Rusiya) və Nurlan Abdullayev( Azərbaycan) I- yer, Məhəmməd Məhəmmədli (Azərbaycan) II yer, Yulya Perminova(Rusiya) III yerin  qalibi olublar.

Konsertin aparıcısı Tofiq Həsənsoy olub.

Qeyd edək ki, oktyabrın 28-dək davam edən  festivalda Almaniya, ABŞ, İsveçrə, İsveç, Niderland, İsrail, Türkiyə, Norveç, Kolumbiya, Qvineya, Meksika, Polşa, habelə Azərbaycanın caz kollektivləri iştirak edəcəklər.

Konsert cazsevərlər tərəfindən böyük maraqla qarşılanıb.

Beynəlxalq Muğam Mərkəzində konsertlər və digər tədbirlər davam edir. Oktyabrın 24-də saat 19:00-da  böyük Azərbaycan şairi, siyasət və ictimai xadim Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olunacaq. Oktyabrın 26-da saat 19:00-da “Muğamat var olan yerdə” layihəsi çərçivəsində xanəndə Pərviz Qasımovun konserti keçiriləcək.

Biletlər şəhərimizin kassalarından, ASAN xidmət mərkəzlərindən, online iticket.az saytından əldə etmək olar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!