USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Daşınmaz Əmlakın Reyestri Xidmətinin ərazi idarələri bazar ertəsi günü də işləyəcək

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin ərazi idarələri yeni iş rejiminə keçib. Belə ki, ərazi idarələri artıq bazar ertəsi günü də işləyəcək.

Komitədən ASAN Radioya bildirilib ki, ƏMDK fəaliyyət sahələri üzrə göstərilən xidmətlərdə operativliyə, şəffaflığa, vətəndaş məmnunluğuna, əlçatanlığın artırılmasına xüsusi önəm verir. Komitə daşınmaz əmlakın qeydiyyatı sahəsində də müraciətlərdə vətəndaşa diqqət və qayğının göstərilməsi, iş prinsipinin təkmilləşdirilməsi, iş prosesinin aktivliyi, elektron xidmətlərin sayının çoxaldılması kimi məsələləri ön planda saxlayır. Vətəndaşların müraciətlərinə vaxtında baxılmasına, operativ həll edilməsinə xüsusi diqqət göstərir. Bu amala xidmət edən komitə daşınmaz əmlakın qeydiyyatı sahəsində də vətəndaş məmnunluğuna yönələn daha bir fərqliliyə imza atıb.

Belə ki, xidmətin qeydiyyat ərazi ofisləri bazar ertəsini də iş günü kimi elan edir. Başqa sözlə, vətəndaş həftənin birinci günləri də bu ofislərə yaxınlaşaraq əmlakın qeydiyyat prosedurlarını yerinə yetirə bilərlər.

Qeyd edək ki, əvvəllər bazar ertəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri üçün istirahət günü kimi müəyyən olunurdu.

Vətəndaşlara əlavə olaraq daha bir gün də xidmətin göstərilməsi çevikliyin artırılmasına, daşınmaz əmlakın qeydiyyatının daha da aktivləşməsinə, rahatlığın təmin olunmasına imkan verir. Eyni zamanda, əhaliyə bazar ertəsi də daxil olmaqla, xidmətin göstərilməsi onların vaxtına qənaət edəcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!